“Bütün bəşəriyyət Nizami üçün bərabər idi”

butun-beseriyyet-nizami-ucun-beraber-idi
Oxunma sayı: 2143

 
- Xanım Allagi, öncə ölkəmiz haqqında təəssüratlarınızı bilmək istərdik.

- Ecaskar ölkəniz var. Fikrimcə, Azərbaycan əsl İslam, eyni zamanda Qərbə açıq bir ölkədir. Bu, yeni modeldir. Odur ki, ölkənizin inkişafını yüksək dəyərləndirirəm.

- Siz Avropa Parlamentində Liviyanın təmçilçisi olsanız da, fəaliyyətiniz Ərəb dünyasını əhatə edir. Hazırda Ərəb ölkələrində baş verən hadisələri necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, inqilablardan sonra tarix bizə dedi ki, bu baş verənlər yalnız Ərəb dünyasında olmayıb. Bu bir çox inqilablarda da olmuşdu, hətta Şərqi Avropa ölkələri özlərini Sovet ağalığından azad etmişdilər. Düşünürəm ki, onlar bu böyük çevrilişə üz tutmağa məcbur idilər. Neçə illərdir nə hiss etdiklərimizi qiymətləndirə bilmərik. Bu kədərlidir, ağırdır, təhlükəlidir, çətindir. Lakin biz imtina etməməkdən qərarlı olacağımıza ümid edirik. Demokratiya, sülh və təhlükəsizliyə keçid üçün irəli getmək lazımdır. Ona görə də mən bunu bu cür qiymətləndirirəm. Əlbəttə ki, Tunis və Misir Yəmən, Liviya, Suriya, İraqdan daha qərarlıdır. Ümid edirəm ki, Liviya da siyasi həllə nail olacaq.

- Maraqlıdır, hakimiyyət dəyişikliyindən sonra niyə Liviya əmin-amanlıq tapa bilmədi?

- Bir çox səbəblərə görə. Qərb və Avropa Parlamenti, BMT Liviyadan çıxdı və onlar bilirdilər ki, bizim heç vaxt təsisatımız, qanuni idarəçiliyimiz olmayıb, bizim ordumuz, təhsilimiz, heç nəyimiz yoxdur. Problemlərin ilk səbəbi bunlardır. İkincisi isə, düşünürəm ki, onlar öz dəstəklərini olduqca zəif şəkildə ifadə etdilər və yeni Liviya siyasətçilərinə olan tələbatı qəbul etməkdə də passiv iştirak etdilər. Öz sərhədlərimizin təhlükəsizliyini bütün dünyaya bildiririk, Liviyaya yayılan
terrorizmdən qorunmağı tələb edirik. Regional müdaxilə dayandırılmalıdır. Bunların hamısı hələ ki, öz həllini tapmayıb və bu səbəbdən də hələ sülhə nail olmamışıq.

- Bəs, indi Liviyada həyat şəraiti necədi?

-Çox çətindir. Biz müharibəyə, korrupsiyaya şahidlik edirik. Biz bunlarla üz-üzəyik.

- Sizcə, İŞID birləşmələri törətdiyi əməlləri ilə İslamı bərqərar edir?

- Heç kim bilmir. Mən demək olar, həmişə eşidirəm ki, İŞID İslamdır. İŞID İslam deyil. İŞID İslam dininin çətiri altında hakimiyyətə gəlmək istəyən bir qrup terrorçulardır. İslam heç vaxt öldürməyə, asmağa və başqa bu cür cinayətlər törətməyə körpü rolu oynamayıb və belə danışıqlara getməyib.

- Xanım Allagi, müasir dövrdə qadınların rolunu necə dəyərləndirirsiniz?

- Üzdə görünməsə də, sənədli şəkildə olmasa da, bunun haqqında danışılmasa da qadınların rolu böyükdür. Qadınların oynadıqları rol uzun müddət üzə çıxarılmayıb. Onlar çalışıb, ancaq heç kim onlara dəstək göstərməyib, onların resursları yoxdur, hakimiyyətdə yer tutmurlar, imkanları yoxdur. Ancaq şübhəsiz ki, hələ də ən ağır yük qadınların üzərindədir. Onlar siyasi dairələrdə bərabərhüquqlu təmsil olunmurlar.

- Yeri gəlmişkən, müasir İslam dünyasında qadınların rolunu necə qiymətləndirirsiniz?

-İslamı inkişaf etdirmək, öyrənmək, əsl İslamın nə olduğunu bilmək baxımından bugünün gənc nəsli çox dindardır, demokratiyaya da böyük maraq göstərirlər. İslam bərabərlik dinidir, lakin bəzən belə şərh edilib ki, İslam cinsi ayriseçkilik edir. Düşünürəm ki, yetişən gənc qadınlar geriyə baxmalı, əsl İslamın nə olduğunu dərk etməli və bizim bu böyük dinimizə həqiqi dəyərlər, normalar, gözəlliklər və insan hüquqları qatmalıdırlar.

- Dahi Azərbaycan şairi Nizami Gəncəvi öz əsərlərində bənzərsiz qadın obrazları yaradıb. Əsərləri ilə tanışsız?

-Əlbəttə. Mənə ən çox maraqlı gələn Nizaminin qadınlara həqiqətən də necə böyük dəyər verməsidir. O, öz arvadını necə sevirdi, qadınlara necə ehtiram göstərirdi, dözümlülükdən, insan haqlarından söz açırdı. Bütün bəşəriyyət dahi Nizami üçün bərabər idi. Bu səbəbdən də mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə qoşuldum.

- Yeri gəlmişkən, Mərkəzin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycandan olan böyük müsəlman şairimiz, dahi filosofumuz, mütəfəkkirimiz olduğuna görə biz hamımız bu ölkəyə yeni dəyərlər və hörmət gətirən bu mərkəzin bir hissəsiyik və bu mərkəz vasitəsi ilə doğru işlər görürük. Düşünürəm ki, bu üç ildə gənc qız və oğlanladan ibarət kiçik heyətlə mərkəz çox işlər görüb. Onlara daha da çox işləmək lazımdır və idarə heyətinin vəzifəsidir ki, onlarla daha çox birgə çalışsın və idealar verməklə bu insanları dəstəkləsin. Ümid edirəm ki, onlar bu konfransdan sonra daxili dövlət strukturlarında iş planı, texniki, hüquqi, maliyyə məsələləri ilə bağlı daha çox birgə işləyəcək və irəliləyəcəklər. Çünki bu bir neçə gənc adamın etdikləri sayəsində Azərbaycanın qapısını bütün iştirakçılara açılır.

Ülviyyə Heydərova