“Bütün beyin mərkəzlərini bir araya gətirib müzakirələr aparmalıyıq”

butun-beyin-merkezlerini-bir-araya-getirib-muzakireler-aparmaliyiq
Oxunma sayı: 1344

“Dünyada gərginliyin olduğu bir vaxtda Azərbaycanda sabitlik hökm sürür”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İsveçrə Beynəlxalq İşlər üzrə Forumun vitse-prezidenti David Cikvadze XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda panel iclasında deyib.

O bildirib ki, Azərbaycan qalibiyyətdən sonra prezident seçkilərində çox müdrik seçim edib.

“Parçalanan dünyanın yenidən bərpası istiqamətində səylərimizi əsirgəməyəcəyik. Dünyada münaqişələr canlanmaqdadır. Bütün beyin mərkəzlərini bir araya gətirərək müzakirələr aparmalıyıq. Tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. XI Qlobal Bakı Forumunda bu mövzular geniş müzakirə olunacaq”, - deyə David Cikvadze vurğulayıb.