Çavuşoğlunun ABŞ dövlət katibi ilə görüşü başlayıb - Yenilənib

cavusoglunun-abs-dovlet-katibi-ile-gorusu-baslayib
Oxunma sayı: 1734

Vaşinqtonda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Görüş zamanı ikitərəfli əlaqələrin Türkiyəyə F-16-ların satışı başda olmaqla bütün aspektlərdə müzakirə ediləcəyi, regional məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Çavuşoğlunun həmçinin səfəri çərçivəsində Hyuston və Nyu-Yorkda görüşlər keçirəcəyi gözlənilir.

***

Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək.

Bu barədə türkiyəli nazir həmkarı ilə birgə mətbuata açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, görüşdə terrorla mübarizə, xüsusilə PKK terror təşkilatı, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda baş verən proseslər də müzakirə olunacaq.