“Cəbrayıl” birinci liqaya vəsiqə qazandı

cebrayil-birinci-liqaya-vesiqe-qazandi
Oxunma sayı: 3105

2024/2025 mövsümündə Azərbaycan 1-ci Liqasıda mübarizə aparmaq uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 1-ci Liqanı 10-cu sırada başa vuran “Araz Saatlı” 2-ci Liqanın ikincisi “Cəbrayıl”la üz-üzə gəlib. Saatlıdakı Olimpiya Kompleksinin stadionunda oynanılan görüş “Cəbrayıl”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk görüşdə də 2:0 hesabı ilə qalib gələn Cavid Hüseynovun komandası yeni mövsümdən etibarən I Liqada iştirak etmək hüququ qazanıb.

“Araz Saatlı” isə 2024/2025 mövsümünə 2-ci Liqada start verəcək.