Türkiyənin Eskişehir vilayətinin Mihalıççık rayonunda ailə münaqişəsi ilə bağlı çağırışa gedən polis əməkdaşları silahlı hücuma məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Narlı məhəlləsində baş verib.
Belə ki, ailə üzvləri ilə mübahisə edən İbrahim G. ov tüfəngi ilə havaya atəş açmağa başlayıb.
Kişi onunla danışmağa çalışan əməkdaşlara və məhəllə muxtarı Mutlu Şahinə atəş açıb.
Hücum nəticəsində yaralanan jandarma uzman çavuşu Mehmet Demirbaş xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Daha bir polis nəfəri və məhəllə muxtarı Mutlu Şahin yaralanıb.
Şübhəli İbrahim G. isə zərərsizləşdirilib.

Son xəbərlər
Son Xəbərlər