NATO sammitində iştirak etmək üçün Türkiyəyə səfər edən Macarıstanın Baş naziri Peter Madyar rəsmi proqramını başa vurduqdan sonra ölkədən ayrılmayıb.
“Qafqazinfo” xəbər verir ki, Baş nazir İstanbul və Ankarada bir sıra tarixi və turistik məkanları ziyarət etdikdən sonra istirahət üçün Antalyaya yollanıb.
Antalyada tətilini davam etdirən Madyar sosial şəbəkə hesabında hovuz kənarında çəkdirdiyi fotonu paylaşaraq, “Türkiyədən salamlar” sözlərini yazıb.
Qeyd edək ki, Macarıstanın Baş naziri NATO sammiti çərçivəsində Türkiyədə bir sıra rəsmi görüşlər keçirmişdi. Diplomatik təmaslarını başa vuran Madyar daha sonra istirahət proqramına başlayıb.

Son xəbərlər
Son Xəbərlər