Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon Ukrayna ilə diplomatik əlaqələrin kəsilməsi ehtimalını istisna etməyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Newsis” agentliyi məlumat yayıb.
“Əgər eskalasiya davam edərsə, belə bir ehtimalın da olduğunu düşünürəm”, – deyə Ço Hyon bildirib.
O, Xarici İşlər və Birləşmə üzrə Parlament Komitəsinin sədri, “Xalq Hakimiyyəti” partiyasının deputatı Son Sok Cunun “mövcud vəziyyətin diplomatik münasibətlərin kəsilməsinə bərabər bir münaqişə olub-olmaması” barədə sualını cavablandırarkən bu fikirləri səsləndirib.
Qeyd edək ki, oktyabrın 20-də Cənubi Koreya Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyinin əməkdaşlarının bir hissəsini geri çağırıb. Oktyabrın əvvəlində isə Seul iki ölkə arasında pisləşən münasibətlər fonunda səfir Pak Xi Çanı Kiyevdən geri çağırmışdı.
Xatırladaq ki, münasibətlərin pisləşməsinə Ukrayna Prezidenti Volodimir Zelenskinin əsir götürülmüş Şimali Koreya əsgərlərinin Seula təhvil verilməsi faktını ictimailəşdirməsi səbəb olub. Cənubi Koreya prezidenti Li Çje Men bu məlumatın açıqlanmasını kəskin şəkildə pisləyib.
Son xəbərlər
Son Xəbərlər