Hollivudda “Shotgun Wedding” romantik komediya filminin dünya premyerası baş tutub.
“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, gecəyə ekran işinin baş qəhrəmanlarını canlandıran 53 yaşlı müğənni-aktrisa Cennifer Lopez və 50 yaşlı aktyor Coş Duhamel, həmçinin digər aktyorlar, yaradıcı heyət və qonaqlar qatılıblar.
CeyLo şəffaf bej libasda, Duhamel isə qara kostyumda görüntülənib.
Qeyd edək ki, romantik komediyanın rejissoru Ceyson Mur, ssenari müəllifi Mark Hammerdir.
Gecədən görüntüləri təqdim edirik: