“Cihan” reklamdan 30 milyon qazanacaq

cihan-reklamdan-30-milyon-qazanacaq
Oxunma sayı: 1546

Məşhur türkiyəli aktyor, “Uzak Şehir” serialında canlandırdığı “Cihan” obrazı ilə tanınan Ozan Akbaba bahalı reklam müqavilələrindən birinə imza atıb.

“Qafqazinfo” xəbər verir ki, aktyor mənzillərin alqı-satqısı ilə bağlı olan məşhur ipoteka şirkətinin siması olub.

Ötən gün çəkilişlərinə başlanılan reklam kampaniyası üçün O. Akbabanın 30 milyon TL (təxminən 1.1 milyon manat) qazanacağı öyrənilib. Şirkətin bu seçimi etməsində aktyorun ekranda yaratdığı güclü və etibarlı imicin böyük rol oynadığı bildirilir.

Reklam çarxlarının yaxın günlərdə həm televiziya, həm də rəqəmsal platformalarda geniş şəkildə yayımlanması planlaşdırılır.