Xəzərdə zəlzələ oldu

xezerde-zelzele-oldu
Oxunma sayı: 300

Xəzər dənizində zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 08:40-da qeydə alınan zəlzələnin maqnitudası 3,4 təşkil edib.

Yeraltı təkanların ocağı 30 kilometr dərinlikdə yerləşib.