Cim Bom Özili istəyir

cim-bom-ozili-isteyir
Oxunma sayı: 1404


 “Qafqazinfo” xəbər verir ki, Cim Bom “Arsenal”da oynayan Mesud Özili transfer etmək niyyətindədir. İstanbul nəhəngi Özili icarə əsasında heyətə qatmağı planlaşdırır. Yenicə bitən mövsümün əvvəlində “Real”Madriddən “Arsenal”a böyük ümidlərlə transfer olan Özil öz bacarığnı göstərə bilməyib. Buna görə də mövsüm boyu “topçu”ların azarkeşləri tərəfindən tənqid atəşinə məruz qalıb.

 “Arsenal” da, illik təxminən 6 milyon funt-sterlinq maaş verdiyi Özili icarə əsasında “Qalatasaray”a göndərmək fikrinə müsbət yanaşır. Hər iki klub arasında ilkin razılıq əldə olunsa da, son söz futbolçunun özünə qalıb.

 

İqbal