Çində zəlzələ oldu

cinde-zelzele-oldu
Oxunma sayı: 297

Çində maqnitudası 5,2 olan güclü zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) öz saytında məlumat yayıb.

Belə ki, yeraltı təkanlar cümə günü, sentyabrın 4-də yerli vaxtla saat 01:04-də Çinin şimal-qərbindəki Tsinxay əyalətinin şimal hissəsində qeydə alınıb.

Zəlzələnin episentri Dunxuan şəhərindən 272 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində insan tələfatı və ya dağıntı barədə məlumat daxil olmayıb.