Yeddilik Qrupu (G7) ölkələri daimi katibliyin yaradılmasını müzakirə edir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Böyük yeddilik ölkələri kritik mineralların tədarükünün artırılması üzrə qrupun təşəbbüslərinin davam etdirilməsini təmin etmək üçün daimi katibliyin yaradılması ilə bağlı danışıqlar aparır”, - agentlik aydınlaşdırıb.
Bildirilir ki, təşəbbüs ölkələrin müdafiə sektoru, enerji keçidi və emal sənayesinin inkişafı üçün lazım olan mineralların istehsalında üstünlük təşkil edən Çindən asılılığı azaltmaq istəyi fonunda ortaya çıxıb.
Son xəbərlər
Son Xəbərlər