İnstaqram paylaşılmış hekayələri 15 dəqiqə ərzində redaktə etməyə imkan verəcək.
“Qafqazinfo” xəbər verir ki, yeni funksiya istifadəçilərə paylaşım etdikdən sonra mətn, musiqi, stiker və rəsmləri dəyişmək imkanı yaradacaq.
Bunun üçün istifadəçi paylaşdığı hekayəni açmalı, üç nöqtə menyusuna daxil olaraq “Edit story” seçimini etməlidir.
Redaktə zamanı paylaşımın əvvəlki baxışları, bəyənmələri və reaksiyaları silinməyəcək. Dəyişiklik edilən “Story”də isə “Edited” qeydi görünəcək.
Qeyd edək ki, indiyədək istifadəçilər paylaşımda səhv aşkar etdikdə onu silərək yenidən yerləşdirməli olurdular. Bu zaman əvvəlki baxış və reaksiyalar da itirdi.
Yeni funksiya mərhələli şəkildə istifadəyə veriləcək.
Son xəbərlər
Son Xəbərlər