Daha 55 qanunsuz miqrant saxladılar - Aralarında azərbaycanlılar da var

daha-55-qanunsuz-miqrant-saxladilar
Oxunma sayı: 807

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkədə qanunsuz yaşayan daha 55 əcnəbini saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qurumun Mətbuat xidməti yayıb.

Son günlər ərzində saxlanılan həmin şəxslər arasında Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Kot- d'İvuar, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları var. 

Bildirilib ki, qanunsuz miqrantların yaşayış, eləcə də iş yerlərində axtarış və yoxlamalar aparılıb: “Saxlanılan şəxslər hazırda miqrantların müvəqqəti yerləşdirilməsi ilə bağlı mərkəzə aparılıb və onların ölkədən çıxarılması ilə bağlı iş aparılır”.