Daha bir ər arvadını bıçaqladı

daha-bir-er-arvadini-bicaqladi
Oxunma sayı: 2259

Balakəndə 38 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, rayon sakini, 1985-ci il təvəllüdlü Rəvanə Məmmədovaya həyat yoldaşı Natiq İbrahimov çoxsaylı bıçaq xəsarətləri yetirib. Rəvanə Məmmədova bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Həmçinin oxuyun: "Он приводил домой развратных женщин" - Жена, убившая известного тренера

Пожар в воинской части в Армении, погибли 15 человек - Обновлено

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. 

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məsələ ilə bağlı bildirib ki, qadına bıçaqla xəsarət yetirən Natiq İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.