Daha bir əsgərimiz minaya düşərək şəhid oldu

daha-bir-esgerimiz-minaya-duserek-sehid-oldu
Oxunma sayı: 6805

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cavadov Rəşad Fərzəli oğlu minaya düşərək şəhid olub.

"Qafqazinfo" xəbər verir ki, şəhid olan əsgərimiz Qusarın Hil kəndindəndir.

Cavadov Rəşad Prezident İlham Əliyevin sərəncamları ilə "Xocavəndin azad olunması" və "Füzulinin azad olunması" medalları ilə təltif edilmişdi.

Müdafiə Nazirliyi "Qafqazinfo"ya faktı təsdiqləyib.