Daha bir ölkədə TikTok qadağası

daha-bir-olkede-tiktok-qadagasi
Oxunma sayı: 3289

Kanada hökumət tərəfindən isatehsal olunan mobil cihazlarda TikTok sosial şəbəkəsinin istifadəsini qadağan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kanada hökuməti buna səbəb kimi təhlükəsizlik risklərini əsas gətirib.

Belə ki, qərar 28 fevral tarixindən etibarən qüvvəyə minir.

Hökumət Çin tərəfindən istehsal edilən sosial platformanın şəxsi  məlumatları ələ keçirdiyini bildirib.

Qeyd edək ki, Avropa İttifaqı da bir neçə gün öncə oxşar addımı atmışdı.