Daha bir qanunsuz tikili söküldü - Video

daha-bir-qanunsuz-tikili-sokuldu
Oxunma sayı: 1808

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə Bakı şəhəri, Səbail rayonu ərazisində qeyri-yaşayış obyektinin qanunsuz tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.