DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video

dc-ye-penceresiz-avtobusla-getdiler
Oxunma sayı: 1290

Kürasao milli komandasının Dünya Çempionatına gedişi maraqlı anlarla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, komanda pəncərəsiz, köhnə tipli məktəb avtobusu ilə DÇ-yə yollanıb.

Sadə görünüşə baxmayaraq, avtobusun içində səslənən musiqi və futbolçuların yüksək əhval-ruhiyyəsi diqqətdən qaçmayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə futbolçuların ritmə uyğun şəkildə mahnı oxuduğu pozitiv anlar əks olunub.

Avtobusun retro görünüşü isə izləyicilər tərəfindən maraqla qarşılanıb.