Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanıldı - Video

abseronda-narkotiklerle-elaqeli-8-nefer-saxlanildi
Oxunma sayı: 288

Abşeron rayonunda polis tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən tədbirlər nəticəsində C.Səfərli, R.Nağızadə, N.Mehdiyev, M.Məmmədov, S.Rzayev, E.Zeynalov, F.İbadlı və S.Musayeva saxlanılıblar.

Onlardan ümumilikdə 4 kiloqram 200 qram narkotik maddə, həmçinin 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırma aparılır.