Məmmədiyə Məmmədov turistlərlə görüşdü - Fotolar

memmediye-memmedov-turistlerle-gorusdu
Oxunma sayı: 133

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov şəhərdə fəaliyyət göstərən “Çinar Health Hotel”də turistlərə göstərilən xidmətlərin səviyyəsi və müalicə-istirahət üçün yaradılmış şəraitlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, icra başçısı hotelin qonaqları olan yerli və xarici turistlərlə görüşərək onların Naftalan şəhəri, müalicə imkanları və göstərilən xidmətlərlə bağlı fikir və təəssüratlarını öyrənib. Görüş zamanı turistlərin rəy və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Turistlər müalicə və istirahət üçün yaradılmış şəraitdən, onlara göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər. 

Qeyd edək ki, şəhərin hotel və müalicə-sağlamlıq mərkəzlərində bu cür görüşlər mütəmadi olaraq davam etdiriləcək.