Elnur Cəfərov dubl etdi, “Şəfa” qalib gəldi - Video

elnur-ceferov-dubl-etdi-sefa-qalib-geldi
Oxunma sayı: 735

Bu gün Misli Premyer Liqasında 13-cü tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyunda “İmişli” “Şəfa”nı sınağa çəkib.

Yevlax şəhər stadionunda keçirilən matçın baş hakimi Fərid Hacıyev olub.

4 qolluq görüşdə qonaqlar inamlı qələbəyə seviniblər.

Misli Premyer Liqası 13-cü tur

27 noyabr

“İmişli” – “Şəfa” 1:3

Qollar: Ronaldo de Souza, 41 – Elnur Cəfərov, 14; 29. Mussa Quel, 55.