Çin həmin təyyarəni dekabrda təqdim edəcək

cin-hemin-teyyareni-dekabrda-teqdim-edecek
Oxunma sayı: 193

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Hava Qüvvələri “Y-20B” ağır hərbi-nəqliyyat təyyarəsini ilk dəfə olaraq, 7-13 dekabr tarixlərində Quandun əyalətinin Çjuhay şəhərində keçiriləcək “Airshow China 2026” sərgisində nümayiş etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Xinhua” agentliyi məlumat yayıb.

“Y-20B” modeli “Y-20” təyyarəsinin təkmilləşdirilmiş versiyası olub, yerli istehsal olan, yüksək baypas əmsallı dörd ədəd “WS-20” turbofan mühərriki ilə təchiz edilib.

Təyyarə sərginin statik nümayiş hissəsində yer alacaq. Məlumatda qeyd olunur ki, ziyarətçilər “Y-20B”nin yük bölməsinə baxa və uçuş simulyasiyasında iştirak edə biləcəklər.