Gənclər və İdman Nazirliyi “ExpoSport Azerbaijan 2026” idman sərgisi keçirib və sərgidə idman federasiyaları iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, tədbirə AFFA-da stendi ilə qatılıb.
Gənclər və idman naziri Fərid Qayıbov federasiyaların stendlərini bir-bir gəzib və rəhbər şəxslərlə görüşüb.
Maraqlıdır ki, bütün federasiyalar rəhbərlik – prezident, baş katib, vitse-prezident səviyyəsində təmsil olunsa da, AFFA yalnız Marketinq və Sponsorluq Departamentinin rəhbəri Zeynal Əhmədov iştirak edib.
AFFA-nın mətbuat xidməti isə məsələyə belə aydınlıq gətirib: “Sərgidə Marketinq və Sponsorluq Departamentinin rəhbəri iştirak edib. Digər rəhbər şəxslər qrafiklərinə görə sərgiyə qatıla bilməyiblər”.
Son xəbərlər
Son Xəbərlər