De Byazi tənqidlərə dözməyib mətbuat konfransını tərk etdi

de-byazi-tenqidlere-dozmeyib-metbuat-konfransini-terk-etdi
Oxunma sayı: 5708

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Avro-2024-ün seçmə mərhələsində Belçikaya 0:5 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransını yarımçıq tərk edib.

“Qafqazinfo” Qol.az-a istinadən xəbər verir ki, mütəxəssis konfransda jurnalistlərin ona tənqidi suallar ünvanlamasına qəzəblənib.

İtaliyalı məşqçi əsəbi halda konfrans zalından ayrılıb.