“Dedi ki, şəhid olsam, anana yaxşı bax” - Video

dedi-ki-sehid-olsam-anana-yaxsi-bax
Oxunma sayı: 5634

Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Abbas Əliyevdir.

"Qafqazinfo" xəbər verir ki, o, İkinci Qarabağ müharibəsində Füzuli-Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Vətən uğrunda döyüşmək Abbasın böyük arzusu olub və zamanı gəlincə də könüllü döyüşə gedib.

Bakıda böyüyüb boya-başa çatan, evin tək oğlu olan Abbas Əliyevin 8 yaşında İsmayıl adında oğlu yadigar qalıb.

Real TV-nin Əliyevlər ailəsindən hazırladığı reportajı təqdim edirik: