Deklan Rays ÇL-də ilkə imza atdı

deklan-rays-cl-de-ilke-imza-atdi
Oxunma sayı: 2618

Xəbər verdiyimiz kimi, “Real” Çempionlar Liqasında 1/4 final mərhələsində səfərdə “Arsenal”a 3:0 hesabı ilə məğlub olub.

“Qafqazinfo” “Opta Sport”a istinadən xəbər verir ki, matçın ulduzu Deklan Rays ÇL-də ilkə imza atıb.

Belə ki, ingilis futbolçu turnirin pley-off mərhələsində bir matçda cərimə zərbəsindən iki qol vuran ilk oyunçu olub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq.