Dənizdə batan gəncin meyiti tapıldı

denizde-batan-gencin-meyiti-tapildi
Oxunma sayı: 2805

Abşeron rayonu Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazi) batan 2000-ci il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun axtarışları başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Z.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.