“Met Gala” may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “People” nəşri məlumat yayıb.
Sərginin mövzusu “extraORDINARY: Fashion and the Poetics of Everyday” (“Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası”) adlanır. Kostyum İnstitutunun baş kuratoru Endryu Bolton izah edib ki, bu mövzu qonaqları yüksək dəb prizmasından “gündəlik həyata yenidən nəzər salmağa” dəvət edəcək.
Təşkilatçılar qala gecəsi üçün geyim kodunu hələ açıqlamayıblar.
Son xəbərlər
Son Xəbərlər