Rubio istefa verə bilər

rubio-istefa-vere-biler
Oxunma sayı: 809

ABŞ Dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində iştiraka hazırlaşmaq üçün vəzifəsindən istefa verə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Britaniyanın “The Independent” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Rubio özünü prezident Donald Tramp administrasiyasının siyasətlərindən, o cümlədən İrana qarşı ehtimal olunan hər hansı hərbi əməliyyatdan uzaqlaşdırmalıdır. Nəşr hesab edir ki, belə bir addım onun prezidentliyə namizədlik uğrunda mübarizədə şanslarını artıra bilər.