Dənizdə daha 2 nəfər batdı - Foto

denizde-daha-2-nefer-batdi
Oxunma sayı: 1914

Bakıda dənizdə iki nəfər boğularaq ölüb.

“Qafqazinfo” Unikal.az-a istinadən xəbər verir ki, bu barədə mərhumların yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Hadisənin avqustun 22-də paytaxtda dənizdə, nəzarətsiz ərazidə baş verdiyi bildirilib.

Şəkinin Baş Layısqı kənd sakinləri olan 26 yaşlı İntiqam Məmmədov və 20 yaşlı Nihat Səlimov dənizdə boğularaq həyatlarını itiriblər.

Hər iki gəncin meyiti sudan çıxarılıb və onlar kəndlərində dəfn edilib.