Dənizin istiliyi havanı üstələdi

denizin-istiliyi-havani-usteledi
Oxunma sayı: 3018

Türkiyənin Antalya şəhərində dənizin istiliyi havanın temperaturundan çox olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin bir çox yerində qarlı və soyuq havalar təsirli olarkən, turizm şəhəri Antalyada yaz havası yaşanır.

Meteorologiya Baş İdarəsinin məlumatına görə, şəhərdə havanın temperaturu 18 dərəcə, dəniz suyunun temperaturu isə 20 dərəcə olaraq ölçülüb.

Dənizin havadan isti olduğu şəhərdə yaz havasından istifadə edənlər Konyaaltı çimərliyinə gedərək üzüblər.