Deputat evlənmək üçün qız qaçırdı

deputat-evlenmek-ucun-qiz-qacirdi
Oxunma sayı: 2972

İnquşetiya Xalq Məclisinin altıncı çağırış deputatı evlənmək üçün qız qaçırıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, hadisə Malqobeksk rayonunda olub. Qaçırılan qız daha əvvəl rayon xəstəxanasının baş həkimi olub. Ağsaqqallar yığışaraq məsələni yoluna qoyublar və cütlüyün bazar gününə toyu təyin edilib.

Qızqaçırma hadisəsi regionda böyük rezonans doğurub. Belə ki, parlamentin deputatları bir qədər əvvəl qədim Qafqaz ənənəsi olan qızqaçırmanın qadağan olunması və buna görə cəzanın sərtləşdirilməsi təklifini irəli sürmüşdülər. Hazırda qız qaçıran deputatı 200 min rubl cərimə gözləyir. Bundan başqa, bu işdə ona kömək edənlər 100 min rubl ödəyəcək.