Dördüncü uşağa görə ipoteka krediti silinə bilər - Bu ölkədə

dorduncu-usaga-gore-ipoteka-krediti-siline-biler
Oxunma sayı: 842

Rusiyada ailədə dördüncü uşağın doğulması ilə ipoteka krediti tamamilə silinə bilər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Nina Ostanina “Lenta.ru”ya bildirib. 

“Hər növbəti uşağın doğulması ilə ipoteka kreditinin bir hissəsinin, dördüncü uşağın doğulması ilə tam silinməsi zəruridir”, - Ostanina deyib. 

O, həmçinin güzəştli ailə ipotekası proqramının miqyasını genişləndirmək təşəbbüsü ilə çıxış edib. Deputatın sözlərinə görə, hazırda yalnız kənd yerlərində və ölkənin şərq hissəsində mövcud olan güzəştlər Rusiyanın bütün regionlarına şamil edilməlidir. 

O, güzəştli kreditlərin cəlbediciliyini artırmaq üçün demoqrafik vəziyyətin yaxşı olmadığı ayrı-ayrı regionlar üçün ipotekanın faiz dərəcəsini sıfıra endirməyi təklif edib. 

Müvafiq qanun layihələri baxılması üçün Rusiya hökumətinə təqdim edilib.