Dövlət Agentliyi bu video ilə bağlı rəsmi açıqlama yaydı

dovlet-agentliyi-bu-video-ile-bagli-resmi-aciqlama-yaydi
Oxunma sayı: 3930

Sosial şəbəkələrdə Ucar rayonunda qaz xəttinə hava vurulmasını iddia edən videogörüntülər yayılıb. Rayon mərkəzində çəkilən görüntülərdə iddia olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil vasitəsilə rayonu qazla təmin edən ana xəttə hava vurulur. Nəticədə evlərdə qaz sobaları yandırılan zaman qaz xəttindən ancaq hava gəlir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müzakirələrə səbəb olan görüntülərlə bağlı açıqlama yayıb. Qeyd olunub ki, ötən gün sosial şəbəkələrdə Ucar rayonunda 22N-li Yol İstismarı MMC-yə məxsus kompressor qurğusu ilə təchiz edilmiş maşın tərəfindən yeraltı qaz xəttinə hava vurulması ilə bağlı həqiqətə uyğun olmayan video paylaşılıb:

“Rəsmi olaraq bildiririk ki, sözügedən maşın Ucar rayon Qaz İstismar idarəsinin müraciəti əsasında, yeraltı qaz xəttinə yığılan suyun kompressor vasitəsi ilə çıxarılması və qaz təchizatının təmin olunmasına kömək məqsədi ilə sözügedən əraziyə cəlb edilib". 

Agentlikdən bildirilib ki, əsası olmayan məlumatların paylaşılması qanuna ziddir və hüquqi məsuliyyət doğurur.

Gülnar Əliyeva