Dövlət Statistika Komitəsində yeni təyinat - Foto

dovlet-statistika-komitesinde-yeni-teyinat
Oxunma sayı: 1585

Dövlət Statistika Komitəsində yeni təyinat olub.

“Qafqazinfo” Banker.az-a istinadən xəbər verir ki, İbrahim İbrahimov komitə sədrinin müşaviri vəzifəsinə təyin edilib.

O, 2024-cü ilin yanvarından 2026-cı ilin may ayına kimi “Rəqəmsal Tibbi Həllər” MMC-də Rəqəmsal sistemlərin inkişafı departamentinin rəhbəri kimi çalışıb. 2021-2024-cü illərdə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya sisteminin idarə edilməsi departamentinin rəhbəri olub.