Salyan rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu səhər Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan “Qazel” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb. Daha sonra 2 hissəyə ayrılıb.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
***
Qəza zamanı ölənlərin kimliyi məlum olub. Onlar Sabirabadın Muğan Gəncəli kənd sakinləri -1970-ci il təvəllüdlü Ələkbər Həsənov və onun həmkəndlisi, 1973-cü il təvəllüdlü Fariz Qarayevdir.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər