“Dövlətin gücü çatır ki, alimenti ödəməyənlərə yardım etsin”

dovletin-gucu-catir-ki-alimenti-odemeyenlere-yardim-etsin
Oxunma sayı: 560

Azərbaycanda Aliment Fondunun yaradılması məsələsi parlamentdə müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova danışıb. 

“Bir təklifim var. Azərbaycanda heç bir təklif kənarda qalmır, amma zamanla olur. Zaman keçdikcə bu məsələlər üzə çıxır. Düşünürəm ki, nə vaxtsa buna da vaxt çatacaq - Aliment Fondunun yaranmasına. Bu, çox vacib məsələdir. Artıq dünyada qəbul olunan modeldir. Bir neçə dəfə beynəlxalq təşkilatlarla da müzakirə edərkən baxırdım, heç də dövlət büdcəsinə problem yaratmayan sistemdir. Çünki dövlətin gücü çatır ki, alimenti vaxtında ödəməyənlərə yardım etsin və sonralar bu vəsait 3-4 qat geri qayıdır. Yenə də söhbət bütün ailələrdən getmir, konkret alimenti ödəyə bilməyənlərdən gedir”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı