DSK-lar yenidən formalaşdırılır - Yenilənib

dsk-lar-yeniden-formalasdirilir
Oxunma sayı: 644

Respublika üzrə dairə seçki komissiyalarının (DSK) tərkibi yenidən formalaşdırılır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün komissiya iclası keçirilir.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

***

Mərkəzi Seçki Komissiyasının bu gün baş tutan komissiya iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, dairə seçki komissiyalarına yeni 375 nəfər üzv təyin olunub. 

“MSK-ya təqdim edilən 375 nəfərlik siyahı diqqətlə araşdırılıb. 125 dairədən cəmi 49-da komissiya üzvlərinin dəyişdirilməsi baş tutacaq. Onlar da həmin şəxslərin öz istəyi nəzərə alınaraq dəyişdirilir. Komissiya üzvlərinin formalaşdırılmasında gender bərabərliyi məsələsi də nəzərə alınır - 375 nəfərdən 82-i xanımdır. 

Qeyd edim ki, 375 nəfərdən 367 nəfəri ali təhsillidir. 8 nəfəri orta təhsillidir”, sədr müavini bildirib. 

Məsələ komissiya üzvləri tərəfindən səsverməyə qoyularaq qəbul edilib. 

Nuranə Daxilqızı