Dünən bəraət aldı, bu gün həbs olundu

dunen-beraet-aldi-bu-gun-hebs-olundu
Oxunma sayı: 2799

“Gəzi Parkı” hadisələrinə görə həbsdə olan və dünən bəraətinə qərar verilən iş adamı Osman Kavala bu gün yenidən həbs olunub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Kavala İstanbul Baş Prokurorluğu tərəfindən “Konstitusion quruluşu pozmağa təşəbbüs” ittihamı ilə saxlanıldıqdan sonra axşam saatlarında İstanbul Ədalət Sarayına aparılıb.

İfadəsi alınan iş adamı həbs tələbi ilə göndərildiyi Növbətçi Sülh Cəza Hakimliyində həbs olunub.

Qeyd edək ki, Osman Kavala ilə yanaşı, dünən 16 nəfərin bəraətinə hökm verən hakimlər haqqında da araşdırmalara başlanılıb.