Azərbaycan kubokunun yarımfinalında baş tutan “Sabah” – “Qarabağ” matçı qalmaqalsız ötüşmədi.
“Qafqazinfo” xəbər verir ki, matçın baş hakimi Rəvan Həmzəzadənin verdiyi qərarlar müzakirələr, etirazlara səbəb oldu.
Bu mövsüm yeganə titul ümidini kuboka dikən “Qarabağ” “Sabah” üzərində qələbə qazanıb finala adlamaq istəyirdi. Lakin ağdamlılar bu görüşdə 1:2 hesablı məğlubiyyətə uğradı. Amma oyundan çox matçın baş hakimin verdiyi qərarlar birmənalı qarşılanmadı.
.jpg)
Əvvəlcə, Rəvan Həmzəzadə matçın 35-ci dəqiqəsində “Qarabağ”ın qapıçısı Mateuş Koxalskiyə qırmızı vərəqə göstərdi. O, rəqibi bariz qol şansından məhrum etdiyinə görə polşalı qolkiperi meydandan qovdu. Amma bu epizodla bağlı müxtəlif versiyalar ortaya atıldı.
Digər epizod isə oyunun sonlarına yaxın oldu. Rəvan Həmzəzadə topun Velko Simiçin əlinə dəyməsindən sonra penalti təyin etmədi.
Bu qalmaqallı qərarları nəzərə alaraq dünyanın müxtəlif ölkələrindən olan hakimlərlə danışdıq:
Yunanıstanlı sabiq referi Koutsiaftis Aristomenis: “Hakimin qərarı yanlışdır, bu qol vurma imkanının qarşısının alınması (DOGSO) vəziyyəti deyil, çünki oyunçu topa zərbə vurub və artıq topa sahib deyil. Topa sahiblik DOGSO üçün dörd meyardan biridir. Bu, sarı vərəqə və cərimə meydançasından kənarda sərbəst zərbə olmalıdır. Əlbəttə, təkrarı diqqətlə izləsəniz, hücumçunun qapıçının üzərindən atlandığını görərsiniz. Yüngül təmas var, amma bu, mübahisəli olsa da, hakimin sərbəst zərbə qərarı ilə razılaşmaq olar. Lakin qırmızı vərəqə göstərilməsi tamamilə yanlış qərardır.
.jpg)
Penalti epizoduna gəlincə, bu, təbii mövqe deyil, çünki əl bədənə yaxın olmalıdır, mütləq toxunması vacib deyil. Çətin epizoddur, amma qaydalara əsasən penalti verilməlidir. Daha bir meyar var: oyunçu hücumçunun ötürmə edəcəyini bilir və əlini açıq saxlayaraq riskə gedir”.
Xəbəri rus dilində oxuyun: Вердикт экспертов: "Карабах" засудили?
Adının açıqlanmasını istəməyən rusiyalı məşhur FİFA referisi (klubda işlədiyi üçün): “Məncə, 35-ci dəqiqədəki epizod sarı vərəqədir, çünki qapıçı zərbəyə mane olmayıb, oyunçunun özü topa vaxtında çatmayıb və ciddi qayda pozuntusu olmayıb (qapıçının bədəni sadəcə hücumçuya toxunub). Sarı vərəqə kifayət edərdi.
Penalti epizoduna gəlincə, əl təbii vəziyyətdə, bədəndən uzaqda deyil. Qısa məsafədə, topa doğru qol hərəkəti yoxdur və oyuna davam edir. Burada penalti yoxdur”.
Bolqarıstanlı referi Detelin Bayaltsaliev isə epizodları bu cür şərh edib: “Qırmızı vərəqə qol vurma imkanının qarşısının alınmasına (DOGSO) görə verilib. Düşünürəm ki, bu da şübhəli qərardır. Penalti epizoduna gəlincə, burada 11 metrlik cərimə zərbəsi var. Çünki əl bədəni genişləndirir. Burada penalti təyin etmək lazım idi”.
.jpg)
Son xəbərlər
Son Xəbərlər