Dünyada koronavirusa yoluxanların sayında rekord

dunyada-koronavirusa-yoluxanlarin-sayinda-rekord
Oxunma sayı: 3034

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 237 743 nəfər artaraq (rekord göstərici) 13 616 593-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 5 682 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 585 727-yə çatıb. Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (7 154 840 nəfər) və Avropada (3 008 972 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.