Dünyanın ən bəsit dərmanıdır - Bu ölkədə böhrana səbəb oldu

dunyanin-en-besit-dermanidir
Oxunma sayı: 1141

Böyük Britaniya hökuməti ölkə daxilində dərman təminatını qorumaq üçün aspirini ixracı qadağan olunan preparatlar siyahısına daxil edib.

“Qafqazinfo” xəbər verir ki, insult və infarkt riskinin azaldılmasında mühüm rol oynayan bu dərmana çıxışda ciddi problemlər yaranıb.

Çatışmazlığın əsas səbəbi istehsal gecikmələri ilə izah olunur.

Təxminən 11 min apteki təmsil edən təşkilatların məlumatına görə, apteklərin 86 faizi son bir həftə ərzində xəstələrini aspirinlə təmin edə bilməyib. Çatışmazlıq xüsusilə ürək-damar xəstəliklərində istifadə olunan 75 mq-lıq aşağı dozalı aspirin tabletlərini əhatə edir.

Qiymət artımı da problemi dərinləşdirib. Keçən ilin əvvəlində 18 pens olan bir paket aspirinin qiyməti 3,90 funt sterlinqə yüksəlib. Milli Səhiyyə Sistemi (NHS) isə apteklərə hər paket üçün cəmi 2,18 funt sterlinq geri ödəyir ki, bu da apteklərin zərərlə satış etməsinə səbəb olur.

Əczaçı təşkilatları böhranın aradan qaldırılması üçün hökumətdən təcili tənzimləmə dəyişiklikləri tələb edirlər.