Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dünyanın ən böyük neft yataqlarından biri sayılan “Şah” neft yatağı dron hücumuna məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əbu-Dabi Media Ofisinin yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, hücum nəticəsində ərazidə yanğın baş verib və təhlükəsizlik məqsədilə yataqda bütün əməliyyatlar müvəqqəti dayandırılıb.
Hazırda aidiyyəti qurumlar yanğının söndürülməsi istiqamətində tədbirlər görür. Məlumata görə, hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Vurğulanıb ki, hadisə ilə bağlı əlavə məlumatlar daha sonra ictimaiyyətə təqdim ediləcək.
Son xəbərlər
Son Xəbərlər