EGE Hospital-dan bir ilk

ege-hospital-dan-bir-ilk
Oxunma sayı: 4231

Peşəkar həkim heyəti və yüksək tibbi xidməti ilə ölkədə tanınan xəstəxanalardan olan EGE Hospital həm də xarici mütəxəssislərin iştirakı ilə keçirilən müxtəlif maarifləndirmə, yardım layihələrinin icraçısıdır. Bu günlərdə EGE Hospital maraqlı bir yeniliyə imza atıb.

“Qafqazinfo” xəbər verir ki, xəstəxananın təltif və mükafatlandırma komissiyası “Səhiyyənin Dostu” adlı bir mükafat təsis edib. Bu mükafat təltif olunmuş şəxsə bütün ömrü boyu xəstəxananın müayinə, ambulator və poliklinik xidmətlərindən pulsuz istifadə etmək imkanı verir. Hospital bu mükafatı ölkənin inkişafında önəmli xidmətləri olan tanınmış şəxslərə təqdim edəcək. Xəstəxana rəhbərliyi həmin şəxslərin səhhətləri ilə bağlı problemlərini öz üzərinə götürməklə onların daha sağlam yaşamasına və bununla da dövlətə, millətə daha gözəl xidmət etməsinə şərait yaratmaq arzusundadır. Mükafat 2019-cu ildən təsis olunub və hər il bir neçə şəxsə verilməsi planlaşdırılır.  

Komissiya ilk mükafatı yazıçı-psixoloq Rövşən Abdullaoğluna təqdim etmişdir. Rövşən Abdullaoğlu müxtəlif mövzularda yazılmış 26 kitab müəllifidir, onların əksəriyyəti ölkədə ən çox oxunan kitablar siyahısındadır, türk, ingilis, rus dillərinə tərcümə olunmuşdur. Rövşən Abdullaoğlu hazırda elmi araşdırmaları və yazıçılıq fəaliyyəti ilə yanaşı, universitetlərdə psixoloji seminarların, təlimlərin keçirilməsi ilə də məşğuldur.