“Eland” Tədris Mərkəzinin Bakı filialının açılışı olub - Fotolar

eland-tedris-merkezinin-baki-filialinin-acilisi-olub
Oxunma sayı: 1205

“Eland” Tədris Mərkəzinin Bakı filialının açılışı olub. “Qafqazinfo” xəbər verir ki, şirkət ilk olaraq Sumqayıt şəhərində fəaliyyətə başlayıb. 

8-ci ilə özəl olaraq isə Bakıda tədris Mərkəzinin açılması ilə yadda qalıb. 

Mərasimə toplaşanlar bu mərkəzin fəaliyyətinə uğurlar arzulayaraq, “Eland”ın ən qısa zamanda paytaxtda da seçilən Tədris Mərkəzinə çevriləcəyinə inam ifadə olunub. Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar “Eland” Tədris Mərkəzində yaradılan şəraitlə tanış olublar. 

“Eland İnkişaf Mərkəzi”nin təsisçisi və direktoru Aytən Abdullayeva bildirib ki, şirkətin sloqanı “Pəncərəni geniş aç Dünyaya” adlanır. Tədris Mərkəzi xaricdə təhsil, ingilis, alman və rus dillərinin tədrisi, Beynəlxalq IELTS, Cambrige proqramı, Qrafik, Web və İnteryer Dizayn, ⁠Beynəlxalq Mühasibatlıq, Ofis və Məktəbli proqramları üzrə fəaliyyət göstərəcək. 
Mərkəzin Bakı filialı Çıraq Plazanın 12-ci mərtəbəsində yerləşir. 

Əlaqə nömrəsi: (+99455) 880 16 46   

Qeyd edək ki, “Eland İnkişaf Mərkəzi” 2016-cı ildən etibarən xidmət göstərir.