Eldar Əzizov Şəhidlər xiyabanında - Fotolar

eldar-ezizov-sehidler-xiyabaninda
Oxunma sayı: 4885

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bakı meri xiyabanda görülmüş işlərlə tanış olub.

Həmçinin oxuyun:  Али Инсанов посетил Аллею шехидов - Фото

Qeyd edək ki, xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunublar. Artıq hazırlıq işləri baça çatıb.

BŞİH-nin qurumlarının əməkdaşları yanvarın 20-si xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər. Eyni zamanda kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın lentə aldığı fotoları təqdim edirik: