Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifəli şəxslərinin cinayət əməllərinə görə başlanan istintaqdan bir nəfər yayına bilib.
“Qafqazinfo” bir neçə gün öncə həmin şəxsin kimliyini öyrənib açıqlamışdı. Bu gün Azərbaycan tərəfindən həmin şəxs "İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa verilib.
1955-ci il iyulun 18-də anadan olan Mustafayev Akif İsmayıl oğlunun “İnterpol”un saytında rüşvətxorluğa görə axtarışa verildiyi qeyd olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Akif Mustafayev bu işdə adaşı Akif Çovdarovun qrupunda yer alıb. O iş adamları ilə adaşı arasında vasitəçi rolu oynayıb. Həmin adamlara kəsilən “xərac”ı A.Mustafayev toplayaraq Çovdarova çatdırıb.
Akif Mustafayevin Eldar Mahmudov vəzifəsindən azad olunan günün səhərisi Fransaya uçduğu bildirilir. O həm də birbaşa Eldar Mahmudovun özü ilə işləyirmiş.
A.Mustafayev MTN işçisi olmayıb, sabiq nazirin yaxın adamı olan iş adamı kimi tanınıb.
Murad Əhməd


Son xəbərlər
Son Xəbərlər