Əliyar Ağayevlə birgə cəzalanan hakim təyinat aldı

eliyar-agayevle-birge-cezalanan-hakim-teyinat-aldi
Oxunma sayı: 530

Əvəzedicilər Liqasında 24-cü turun təyinatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan kubokunun yarımfinalının ilk görüşləri çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə” (0:2) matçında baş hakim Əliyar Ağayevlə birgə cəzalanan VAR hakimi Cavid Cəlilov da təyinat alıb.

O, “Sabah-2” - “Kəpəz-2” matçının baş hakimi olacaq.

1 may (cümə)

“Sabah-2” – “Kəpəz-2”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Əkbər Əliyev, Ceyhun Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bayıl Arena”, 16:00